Azərbaycan xalqı qəhrəmanlar böyüdən müqəddəs analarla fəxr edir

SOSİAL
16:07 05.03.2022
756

Qadın Tanrının yaratdığı ən müqəddəs varlıqdır. Qadın anadır, bacıdır, övladdır. Qadının ən böyük adı isə onun ana adıdır. Ananın tükənməyən laylaları, bayatıları, nağılları ilə bağlanırıq həyata, doğma ana dilimizə. Alqışları, öyüd-nəsihətləri ilə böyüyüb boya-başa çatırıq.

Azərbaycan qadını öz vəfası, müdrikliyi, zəkası, bacarığı, dözümlülüyü, qeyrəti ilə həmişə öz qadın adını və xalqımızın adını uca tutub. Azərbaycan qadınları ta qədimdən öz adlarını tariximizə qızıl hərflərlə həkk edib.Qadınlar dövləti idarə ediblər, qadınlar at belində qılınc oynadaraq döyüşdə iştirak ediblər, qadınlar gözəl poeziya nümunələri yaradıb, musiqi xəzinəmizə incilər bəxş ediblər.

Azərbaycan qadını bu gün gözəl, mehriban, qayğıkeş ana olmaqla bərabər eyni zamanda dövlət məmuru, iş adamı, siyasətçi, millət vəkili, həkim, müəllim və alimdir.

1993-cü ildən qadınların içtimai-siyasi həyata daha fəal transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Ulu Öndər Heydər Əliyev Azərbaycan qadını haqqında demişdir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti, söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini mənəvi saflığını vəsf etmişlər”.

Azərbaycan qadını illərlə məşəqqətlərə dözdü, öz doğma torpaqlarından didərgin düşdü, doğmalarını itirdi, lakin sınmadı, inamla mübarizə apardı. Vətənpərvər övladlar böyütdü. 44 günlük Vətən Müharibəsində övladlarına xeyir-dua verərək vətəni qorumağa göndərdi.

Azərbaycan qadını, Azərbaycan anası şəhid anası oldu. Yenə sınmadı. Başını uca tutdu. "Vətən sağ olsun” – dedi.

Azərbaycan xalqı qəhrəmanlar böyüdən müqəddəs analarla fəxr edir.

Bu gün Azərbaycanda 8 mart Beynəlxalq Qadınlar Günü ruh yüksəkliyi ilə qeyd olunur. Bu gün bütün respublikamızda öncə şəhid anaları təbrik edilir.

Vətənimizi qoruyan, canı, qanı ilə torpaqlarımızı düşmən əsarətindən azad edərək bütün Azərbaycan analarını qoruyan, şəhid anaların, qızların intiqamını alan şəhidlərin analarının bayramıdır bu gün.

Bayramınız mübarək, əziz Azərbaycanın mərd, qayğıkeş, qeyrətli, vətənpərvər qadınları.

Şəhla Ağbulud

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026

Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı