"Azərbaycan xalqı yekdilliklə Prezident İlham Əliyevə səs verəcək" - Deputat

"Azərbaycan xalqı yekdilliklə Prezident İlham Əliyevə səs verəcək" - Deputat
SOSİAL
15:38 08.12.2023
211
"Ölkə prezidentinin sərəncamı ilə 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu, birinci növbədə Azərbaycan Konstitusiyasına tam uyğundur. Azərbaycanda seçkilər demokratik şəkildə keçirilir. Bu yaxınlarda siyasi partiyalar üçün qanun qəbul olundu və siyasi partiyalar artıq qeydiyyatdan keçib. İstənilən siyasi partiya seçkilərdə iştirak edə bilər”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərindən danışarkən deyib.

Deputat bildirib ki, bu ilki seçkilər əvvəlki illərdən fərqli olacaq:

"Artıq növbəti seçkilər onunla fərqlənəcək ki, son 30 ildə ilk dəfədir ki, Azərbaycanda seçkilər işğaldan azad olunmuş ərazilərdə keçiriləcək. İşğaldan azad olunan ərazilərdə də seçki məntəqələri qurulacaq və soydaşlarımız orada öz səslərini verəcəklər. Bunun özünün çox böyük bir tarixi əhəmiyyəti var. Çünki bizim tarixi qələbəmizdən sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra daha böyük layihələri həyata keçirdi. Bunlar da bizim iqtisadi nüfuzumuzu artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərimiz, siyasi nüfuzumuz bundan sonra da qorunub saxlanacaq. Azərbaycan xalqı yekdilliklə Prezident İlham Əliyevə səs verəcək. Buna heç bir şübhə yoxdur. İlham Əliyev Azərbaycan xalqının birliyini təmin edib, bütün nailiyyətlərimizin arxasında o durub. Xalq İlham Əliyevin ətrafında və onun siyasətini tam dəstəkləyərək bütün nailiyyətləri əldə edib”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-ə təyin olunub. 

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR