Azərbaycan Xarici İşlər naziri Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər naziri Gürcüstana başsağlığı verib
SİYASƏT
13:48 24.08.2020
937
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov çoxsaylı insan tələfatı ilə nəticələnən yol qəzası ilə əlaqədar Gürcüstana başsağlığı verib.
 
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Ceyhun Bayramov "Twitter" hesabında qeyd edib. 
 
"Gürcüstanın Duşeti bələdiyyəsindəki Şatili şosesində baş verən faciəli yol qəzası bizi çox kədərləndirdi. Qəzada həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Dost Gürcüstan xalqına dəstəyimizi və həmrəyliyimizi ifadə edirik!", XİN başçısı qeyd edib.
 
Xatırladaq ki, Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobus 80 metrə yaxın hündürlükdən dərəyə aşıb və nəticədə 17 nəfər həlak olub. 
OXŞAR XƏBƏRLƏR