Azərbaycan Xarici İşlər Nazirliyindən Polşaya sərt cavab

Azərbaycan Xarici İşlər Nazirliyindən Polşaya sərt cavab
SİYASƏT
16:29 11.08.2014
2501

Azərbaycan Xarici İşlər Nazirliyi Polşanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır

XİN-in mətbuat xidmətindən AZXEBER.COM bildiriblər ki, Azərbaycan Xarici İşlər Nazirliyi Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Marçin Voyçexovskinin avqustun 9-da bəyanatına cavab olaraq bildirir ki, AR XİN Polşa XİN-in bəyanatını qəbul etmir: "Bu bəyanat daha çox qeyri-hökumət təşkilatının bəyanatına bəzəyir. Polşa tərəfi bundan sonra Azərbaycanla bağlı bəyanatlarda maksimum dərəcədə diqqətli və məsuliyyətli olmalıdır. Hesab edirik ki, bəyanat yalnız Polşa XİN-in mövqeyini əks etdirir". XİN hesab edir ki, Azərbaycan tərəfinin dəfələrlə vurğuladığı kimi Azərbaycanda vətəndaş cəmiyyəti fəalları da daxil olmaqla, heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib və mühakimə olunmur: "Polşa tərəfinin bəyanatında guya hüquq müdafiəçilərinə əsassız ittihamların irəli sürülməsi ilə bağlı iddia tamamilə əsassızdır. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Bəyanatda adları çəkilmiş şəxslər konkret cinayət əməllərində təqsirləndirilmişlər və onların mühakiməsi Azərbaycan qanunvericiliyinə uyğun olaraq təmin olunacaqdır. Azərbaycanda məhkəmə sistemi tamamilə müstəqildir və hər hansı bir kənar müdaxilə siyasi təzyiq cəhdi kimi qiymətləndirilir və Azərbaycan tərəfindən rədd edilir". "Fundamental hüquq və azadlıqların pozulmasının sosial gərginliyə yol açacağı" ilə bağlı isə AR XİN Polşa tərəfini narahat olmamağa çağırır: "Azərbaycan dünya iqtisadi və maliyyə böhranının təsir etmədiyi az saylı ölkələrdən biridir və sürətli iqtisadi inkişaf nəticəsində ildən-ilə vətəndaşlarının sosial rifahı daha da yüksəlir. Azərbaycan ərazilərinin işğalına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulmasına və son günlər Ermənistanın təşkil etdiyi kəşfiyyat-diversiya əməliyyatları nəticəsində Azərbaycan əsgərlərinin şəhid olmasına, mülki əhalinin belə hədəfə alınmasına və nəticədə cəbhə xəttində gərginliyin daha da artmasına Polşa tərəfindən reaksiyanın verilməməsi ikili standartların bariz nümunəsidir. Belə təəssürat yaranır ki, Polşa tərəfi insan hüquqlarına münasibətdə üçüncü tərəfin təlimatına əsasən qərəzli və ayrı-seçkilik salan yanaşma ilə çıxış edir. Ərazisində gizli saxlanma məntəqələrinin mövcudluğuna, Roma icmasına qarşı geniş yayılmış diskriminasiyaya, eləcə də irqi zəmində zorakılığa görə beynəlxalq səviyyədə qınaq obyektinə çevrilmiş bir ölkənin bu problemləri aradan qaldırmaq əvəzinə özünü dünyada insan hüquqlarının pozulmasından narahatlıq keçirən ölkə kimi təqdim etmək cəhdi təəssüflə qarşılanır. Yuxarıda qeyd edilən ikili standartlar və Polşanın özündə olan problemlər fonunda Polşa XİN-i bu tipli bəyanatları ilə tamamilə qeyri-səmimi görünür". Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi Polşanı Azərbaycanın daxili işlərinə yersiz müdaxilələrdən çəkinməyə çağırır: "Bu tipli bəyanatlar Azərbaycan və Polşa arasındakı münasibətlərin ruhuna uyğun gəlmir və onların inkişafına xələl yetirir". Qeyd edək ki, Polşanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Marçin Voyçexovski Azərbaycanda insan haqlarına dair bəyanatla çıxış etmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO