Azərbaycan xilasediciləri sağ olduğu ehtimal edilən uşağı dağıntılar altından çıxarmağa çalışırlar

Azərbaycan xilasediciləri sağ olduğu ehtimal edilən uşağı dağıntılar altından çıxarmağa çalışırlar
SOSİAL
18:00 07.02.2023
168
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qaldığı ehtimal edilən azyaşlının çıxarılması istiqamətində işlər aparır.

Yerli sakinlər azyaşlının səsini eşitdiyini söyləyib. Daha sonra Azərbaycanın xilasediciləri axtarışlar başlayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, gün ərzində Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından ümumilikdə 6 nəfərin meyiti çıxarılıb.
OXŞAR XƏBƏRLƏR