BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
SİYASƏT
10:03 23.03.2020
2535
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, Azərbaycan XİN-in Abxaziyada qondarma "prezident seçkiləri" ilə bağlı bəyanatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

OXŞAR XƏBƏRLƏR