Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla başa çatması bütün Asiya boyu regional dialoqun, qarşılıqlı etimadın və əməkdaşlığın inkişaf etdirilməsində mühüm mərhələdir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
XİN görüşün əsas nəticələrini sıralayıb: Bakı Bəyannaməsinin və Əməkdaşlıq, sağlamlıq və əməyin təhlükəsizliyi üzrə bəyanatln qəbul edilməsi; Laos Xalq Demokratik Respublikasının AQEm-ə tamhüquqlu üzv olması; Azərbaycanın sədrliyinin 2026–2028-ci illər üçün uzadılması; Səfir Sultan Hacıyevin 2026–2030-cu illər üçün AQEM-in Baş Katibi təyin edilməsi; AQEM Katibliyinin İmtiyaz və İmmunitetləri haqqında Konvensiyanın qüvvəyə minməsi prosesini tamamlayan Kambocanın ratifikasiyası; Asiyada çoxtərəfliliyə, qarşılıqlı əlaqələrə, sülh və təhlükəsizliyə yenilənmiş sadiqlik.
"Azərbaycan daha dinc və firavan Asiyaya doğru dialoq, etimad quruculuğu və birgə fəaliyyət platforması kimi AQEM-in gücləndirilməsinə sadiq qalır", - paylaşımda bildirilib.











































