Azərbaycan XİN Avstriyaya cavab verib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”

Azərbaycan XİN Avstriyaya cavab verib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”
SİYASƏT
14:27 18.01.2023
163
"Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: "Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”.

Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.
OXŞAR XƏBƏRLƏR