Azərbaycan XİN başçısı: ‘Həmsədrlərlə əvvəldən danışmışdıq’

SİYASƏT
14:51 28.04.2015
933

"Ermənistan tərəfi müəyyən bəhanələr gətirirdi ki, aprel ayında müəyyən tədbirləri var"

“Həmsədrlərlə əvvəldən danışmışdıq ki, aprel qurtarsın, ondan sonra Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin həlli prosesini yerindən necə tərpədə biləcəyimiz barədə fikirləşək”.

APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, Ermənistan tərəfi müəyyən bəhanələr gətirirdi ki, aprel ayında müəyyən tədbirləri var: “Artıq aprel qurtarır. Aprelin 30-da Parisdə həmsədrlərlə görüşəcək, hansı planları quracağımızı müzakirə edəcəyik.

İlk növbədə, Ermənistan qoşunlarını işğal etdiyi torpaqlardan çıxarmalıdır. Ondan sonra atacağımız addımları müəyyənləşdirəcəyik”.

OXŞAR XƏBƏRLƏR