Azərbaycan XİN erməni terrorçunun azad edilməsini kəskin qınadı

Azərbaycan XİN erməni terrorçunun azad edilməsini kəskin qınadı
SİYASƏT
10:41 12.03.2021
423
Azərbaycan Xarici İşlər Nazirliyi Los Anceles Ali Məhkəməsi tərəfindən erməni terrorçu Hampiq Sassunyanın azad edilməsinə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, nazirliyin "Twitter" səhifəsində edilən paylaşımda deyilir:

"Diplomatın qətlinə görə mühakimə olunan tanınmış və islah edilməmiş terrorçu H.Sassunyanın sərbəst buraxılması çox səhv siqnal verəcək və şübhəsiz ki, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından birinə sahib dövlətdə diplomatiyanın mənafelərinə zərər verəcək”.

Xatırladaq ki, Türkiyə Respublikasının ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sassunyan və Krikor Saliba tərəfindən 28 yanvar 1982-ci ildə qətlə yetirilib.

Saxlanılan H.Sassunyan ömürlük həbs cəzasına məhkum edilib, istintaqdan yayına bilən K.Saliba isə həmin ildə Livandakı vətəndaş müharibəsində öldürüldüyü iddia edilib.
OXŞAR XƏBƏRLƏR