Azərbaycan XİN Nikol Paşinyana cavab verdi

Azərbaycan XİN Nikol Paşinyana cavab verdi
SİYASƏT
16:31 15.11.2021
516
"Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər".

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Baş nazir Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

"İlk növbədə qeyd etmək istərdik ki, son zamanlar Ermənistan tərəfindən həyata keçirilən təxribatlara cavab olaraq, Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür. Belə ki, ötən həftə, noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, 13 noyabrda Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonundakı Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Vurğulayırıq ki, Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər. Həmçinin xatırladırıq ki, mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
22:45 23.05.2025
Almaniyada qatar stansiyasında bıçaqlı hücum - Xeyli sayda yaralı var
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
22:38 23.05.2025
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"-  Aygün Bəylərin bacısı
22:33 23.05.2025
"Onun yerinə keçmək kimi bir fikrim yoxdur"- Aygün Bəylərin bacısı
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
22:31 23.05.2025
Qarşılıqlı hava məkanının bağlanmasını uzatdılar
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
22:26 23.05.2025
Millimiz dünya çempionatında ilk qələbəsini qazandı
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
22:10 23.05.2025
Tiktoker qardaşlardan biri ev dustaqlığına buraxıldı
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
22:00 23.05.2025
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi