Azərbaycan XİN: “Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək”

SİYASƏT
19:14 08.08.2020
810

"Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti tərəfimizdən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. 

AZXEBER.COM xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərərkən deyib.

Onun sözlərinə görə, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır.

"Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb.  Əlbəttə, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır. 

İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir”. 

XİN rəsmisi bildirib ki, Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.

"Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin Azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaqdır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:24 24.09.2020

Evdə qızını zəncirlə bağlayan atadan YENİ XƏBƏR

15:10 24.09.2020

Sevda Yahyayeva: Həyat yoldaşım məni çox sevir, əsl xanım olmağı hiss etdirir - Video

14:55 24.09.2020

Bakının mərkəzində böyük ilan peyda oldu - VİDEO

14:41 24.09.2020

Azərbaycanın döyüş təyyarələri gecə uçuşları keçirdi - VİDEO

14:26 24.09.2020

Nazirlik fitnes zallarının necə fəaliyyət göstərə biləcəyini açıqladı

14:17 24.09.2020

Şöbə müdiri məktəblərdə koronavirusla bağlı vəziyyətdən danışdı

14:05 24.09.2020

Mikayıl Cabbarov: “İqtisadi geriləmə gözlədiyimizdən az olacaq"

14:00 24.09.2020

Canlı efirdə aktrisaya evlilik təklifi edildi - VİDEO

13:58 24.09.2020

Mikayıl Cabbarov: “Gələn il vacib sərmayə qərarı üçün işlər yekunlaşacaq”

13:54 24.09.2020

"Uçurum" və "Bir qadın"ın yeni bölümündə nələr olacaq? - VİDEO

13:50 24.09.2020

Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq?

13:47 24.09.2020

Kanadada koronavirusun ikinci dalğası elan olundu

13:34 24.09.2020

"AzerGold” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlı “Açılış zəngi” mərasimi keçirilib - FOTO

13:31 24.09.2020

46 yaşlı kişi universitetə qəbul oldu - FOTO

13:25 24.09.2020

Təcavüzə uğrayan qadının hekayəsi canlı yayımda hər kəsi ağlatdı - VİDEO

13:18 24.09.2020

Suriyadan Qarabağa erməni silahlıları gətirildi - Azərbaycana qarşı döyüşmək üçün

X Mostbet