Azərbaycan XİN: “Ermənistan danışıqları pozmaq üçün yeni bəhanə axtarır”

Azərbaycan XİN: “Ermənistan danışıqları pozmaq üçün yeni bəhanə axtarır”
SİYASƏT
10:38 29.09.2022
245
"Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər. Bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

O vurğulayıb ki, Ermənistan növbəti saxta ittihamla çıxış edib.

L.Abdullayeva bildirib ki, rəsmi İrəvan eyni ssenarini təkrarlayır: "Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.
OXŞAR XƏBƏRLƏR