Azərbaycan XİN Estoniyanı pislədi

Azərbaycan XİN Estoniyanı pislədi
SİYASƏT
23:01 19.12.2022
500
Azərbaycan Xarici İşlər Nazirliyi Estoniya XİN-i pisləyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.

"Biz Estoniya XİN-in Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməz hesab edirik. Görünür, bu, qeyri-qanuni iqtisadi fəaliyyəti insanların iztirabları ilə bağlı iddialarla ört-basdır etmək, qanunsuz hərəkətlərə qarşı fəaliyyəti qabaqlamaq üçün yeni bir tendensiyadır. "Blokada”da avtomobillər keçirsə, yol necə bağlı ola bilər?”, - XİN qeyd edib.

Xatırladaq ki, dekabrın 17-də Estoniyanın xarici siyasət idarəsi tviterdə Laçın dəhlizinin keçdiyi ərazini "Dağlıq Qarabağ” adlandıraraq orada yerli əhalinin guya mühasirəyə alındığını iddia edib.
OXŞAR XƏBƏRLƏR