Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
SİYASƏT
12:34 17.05.2024
241
Fransa tərəfi üzr istəməlidir.

AZXEBER.COM xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerald Darmanan tərəfindən Azərbaycanın diktatura adlandırılması ilə bağlı yerli medianın sualına cavabında deyib.

O bildirib ki, Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və rəsmi Bakı tərəfdən qətiyyətlə rədd edilib: "İnsan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir. Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir".

A.Hacızadə vurğulayıb ki, Fransa üzr istəməyəcəyi təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq: "Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır".

Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerar Darmanan "France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı