Azərbaycan XİN: İran azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrdə iştirak edəcək

Azərbaycan XİN: İran azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrdə iştirak edəcək
SİYASƏT
21:26 22.12.2021
294
"İranın dövlət və özəl şirkətləri azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələrdə yaxından iştirakına dair marağını ifadə edib”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Onlar tərəfindən müraciətlər daxil olub. Hazırda həmin təkliflərin dəyərləndirilməsi həyata keçirilir. Hesab edirəm ki, onlardan birinin yaxın həftələrdə icrasına başlanılması planlaşdırılır”, - nazir vurğulayıb.

OXŞAR XƏBƏRLƏR