Azərbaycan XİN: Mnatsakanyanın ittiham cəhdləri riyakar siyasətin daha bir bariz nümunəsidir

Azərbaycan XİN: Mnatsakanyanın ittiham cəhdləri riyakar siyasətin daha bir bariz nümunəsidir
SİYASƏT
22:39 16.10.2020
720
"Ermənistan xarici işlər nazirinin Yunanıstan Xarici İşlər Naziri ilə mətbuat brifinqi zamanı verdiyi açıqlamada Azərbaycan və Türkiyəni bölgəni gərginləşdirməkdə ittiham cəhdləri Azərbaycana qarşı təcavüz siyasəti aparan Ermənistanın riyakar siyasətinin daha bir bariz nümunəsidir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər nazirinin 16 oktyabr 2020-ci il tarixli mətbuat brifinqində verdiyi açıqlamaya dair şərhində yer alıb:

"Ermənistan Xarici İşlər Nazirinə xatırlatmaq istərdik ki, Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququna əsaslanaraq Azərbaycanın mülki əhalisini müdafiə edir və Azərbaycan Respublikasının suveren torpağında əks-hücum tədbirləri həyata keçirir. Ermənistanın silahlı qüvvələri isə 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu saxlayaraq, Ermənistanın işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək məqsədi güdür.

Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, mülki Azərbaycan əhalisinə qarşı davamlı məqsədyönlü hücumları, humanitar atəşkəsi kobud şəkildə pozması, o cümlədən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinə ciddi mülki itkilərlə nəticələnən raket hücumları açıq şəkildə nümayiş etdirir ki, Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil, əksinə, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə çalışır. Ermənistanın öz ərazilərindən Azərbaycan şəhərlərini atəşə tutması başqa cür izah oluna bilməz.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət etmək və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin tələblərini yerinə yetirmək əvəzinə, atəşkəs pərdəsi altında yeni bir təcavüzə əl atması son dərəcə təəssüf hissi doğurur.

Ermənistanın rəhbərliyi 47 nəfər dinc sakinin öldürülməsi və 222 nəfərin yaralanması ilə nəticələnən Azərbaycanın dinc əhalisinə qarşı edilmiş hücumlara görə məsuliyyət daşıyır. Xarici İşlər naziri Mnatsakanyan bilməlidir ki, bu hücumlar beynəlxalq hüquqa görə müharibə cinayətləridir və onu törədənlər fərdi cinayət məsuliyyəti daşıyırlar.

Ermənistan bölgədəki vəziyyətin gərginləşməsinə görə başqalarını günahlandırmağa son verməli və silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararaq münaqişənin həlli və bölgədə sülhün təmin olunması üçün mahiyyət üzrə danışıqlara başlamalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
Evini 3,2 milyona satır - Fotolar
04:20 12.10.2026
Evini 3,2 milyona satır - Fotolar
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
04:08 12.10.2026
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
03:50 12.10.2026
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
03:36 12.10.2026
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var
03:22 12.10.2026
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var