Azərbaycan XİN Monteneqroya başsağlığı verdi

Azərbaycan XİN Monteneqroya başsağlığı verdi
SİYASƏT
15:56 02.01.2025
357
Azərbaycan Xarici İşlər Nazirliyi Monteneqroya başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.

"Monteneqronun Çetinye şəhərində onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən ölümcül hücum bizi dərindən kədərləndirir.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq", -paylaşımda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR