Azərbaycan XİN Paşinyana cavab verib: "Cəfəng iddiaları qətiyyətlə rədd edirik"

Azərbaycan XİN Paşinyana cavab verib: "Cəfəng iddiaları qətiyyətlə rədd edirik"
Siyasət
16:16 27.04.2023
690
Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə bağlı səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 27-də hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində əksini tapıb.

"Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və Ermənistan tərəfindən Praqa və Soçidə öz üzərlərinə götürdükləri öhdəliklərə, eləcə də beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan tərəfinin bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, qəsdən gərginliyin artması məqsədi daşıyır.

44 günlük Vətən müharibəsindən sonra Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan tərəfinin vəziyyətin gərginləşməsinə xidmət edən addımları kimi Azərbaycana qarşı hərbi təxribatlara son qoyulmamasını, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edilməsini, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam olaraq çıxarılmamasını Ermənistan baş nazirinə xatırlatmaq kifayətdir. Bu xüsusda, qeyd edilən təxribatların qarşısını alacaq bu məntəqənin təsis edilməsinin sülh prosesinə mənfi təsir etdiyi barədə fikirlər tamamilə qəbuledilməzdir. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək.

Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Bununla yanaşı, Baş nazirin iddialarının əksinə, Üçtərəfli bəyanata əsasən Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.

Sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsinin "etnik təmizləmə” məqsədi güddüyü barədə Baş nazirin cəfəng iddiası qəbuledilməzdir. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur.

Baş nazirin erməni sakinlərlə dialoq, "təhlükəsizlik zəmanəti” "mübahisələrin həlli mexanizmi”, "beynəlxalq faktaraşdırıcı missiya göndərilməsi” kimi məsələlər üzrə dəfələrlə təkrarlanmış arzu və iddiaları ilə əlaqədar qeyd edək ki, Azərbaycan tərəfi erməni sakinlərlə dialoqu ölkə qanunvericiliyi çərçivəsində həyata keçirəcək və üçüncü tərəflərin bu məsələyə müdaxiləsi qəbuledilməzdir.

Ermənistan tərəfini əsassız bəyanatlar vermək əvəzinə, ötən ilin dekabr ayından bəri imtina etdikləri sülh sazişi üzrə danışıqlara məsuliyyətlə və konstruktiv yanaşmağa, kommunikasiyaların açılması, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik", - nazirlikdən bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
16:20 27.08.2025
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
16:15 27.08.2025
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
16:14 27.08.2025
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
Sabah üç rayonda qaz olmayacaq
16:13 27.08.2025
Sabah üç rayonda qaz olmayacaq
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
16:04 27.08.2025
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
16:01 27.08.2025
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Məşhur cütlük boşandı
15:58 27.08.2025
Məşhur cütlük boşandı
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
15:55 27.08.2025
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
15:41 27.08.2025
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
15:38 27.08.2025
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
15:34 27.08.2025
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
15:32 27.08.2025
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
15:29 27.08.2025
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
15:27 27.08.2025
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı