Nazir müavini qeyd edib ki, dövlət proqramına uyğun olaraq, ölkədə taxıla olan illik tələbat 2,8 mln. ton təşkil edir və 2015-ci ilin sonuna bu həcm yerli istehsal hesabına təmin olunmalıdır. Onun sözlərinə görə, ətə olan illik tələbat 340 min tondur: «Quş ətini 80 mln. tona çatdırmalıyıq. Bu gün 45-50 min ton quş əti istehsal olunursa, biz onu 80 mln-a çatdırmalıyıq. Bu istiqamətdə işlər davam etdirilir».B.Əliyev qeyd edib ki, Nazirlər Kabineti 2012-ci ildə imzaladığı müvafiq sərəncama əsasən, Ağcabədi rayonunun ərazisində 3 300 hektar sahədə ilk iri fermer təsərrüfatı yaradılıb. Onun sözlərinə görə, artıq orada tamamlama işləri gedir və 1 875 hektarlıq sahə yaz əkinləri üçün hazırlanır: «Beyləqan rayonunda da həmin sərəncama uyğun olaraq 1 500 hektardan artıq sahə hazırlanıb. Bu sahədə meliorasiya işlərinə hazırlıq gedir. Nazirlər Kabinetinin digər sərəncamına uyğun olaraq, Şəki rayonunda 5 500 hektar sahə qış otlaqları üçün ayrılıb. İcra başçısına bu istiqamətdə tapşırıqlar da verilib».
Azərbaycanda Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına (2008-2015-ci illər) uyğun olaraq istər bitkiçilik, istərsə də heyvandarlıq sahəsində istehsal göstəriciləri maksimum həddə çatdırılmalıdır.Bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev jurnalistlərə açıqlamasında bidirib.
//anspress