Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib

Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib
İDMAN
22:40 27.07.2024
187
Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.

Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

U-18 həlledici görüşdə Lüksemburq - Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR