“Azərbaycan yığması qitənin ən yaxşılarındandı” – Yerro

İDMAN
18:26 20.05.2016
1328
“İspaniya yığması ilə qarşılaşan komandalar var gücləri ilə oynayır, əllərindən gələni edirlər. Odu ki, işimiz asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venansio Lopes Yerro deyib.
İspanlar DÇ-2016-nın final mərhələsində Azərbaycan, İran və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.
Püşkü dəyərləndirən Pireney təmsilçisinin çalışdırıcısı qrupdakı rəqibləri tərifləyib. Lopes sıöhbət əsnasında Azərbaycan yığması barədə də fikirlərini bölüşüb: “İran millisi futzal nəhənglərindən biridi. Azərbaycanı da unutmaq, siyahıdan silmək olmaz. Onlar Avropanın ən yaxşılarından hesab olunurlar. Mərakeş isə hər birimizə sürpriz yaşada bilər. Yəni qrupumuzda yer alan hər 3 komanda səviyyəlidi”.
Buna baxmayaraq, Lopes mundiala çempion olmaq üçün qatılacaqlarını qeyd edib: “Məqsədimiz çempion olmaqdı. 3-cü dəfə bu uğura imza atmaq arzusundayıq. Digərlərindən fərqli, biz Kolumbiyada adaptasiya problemi yaşamayacağıq. Çünki mədəniyyətimiz və dilimiz bir-birinə çox bənzəyir. Odu ki, Kolumbiyanı ikinci evimiz saya bilərik”.
Qeyd edək ki, İspaniyanın millimizlə oyunu sentyabrın 15-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə sentyabrın 16-da saat 03:00-da) baş tutacaq.
OXŞAR XƏBƏRLƏR