Azərbaycan yığmasının voleybolçusu “Sparta” klubuna keçib
İDMAN
13:40 22.08.2013
1033
Azərbaycan millisinin voleybolçusu Anita Bredisin legioner həyatı yaşayacağı rəsmiləşib. Apasport.az-ın məlumatına görə, 21 yaşlı toppaylayıcı karyerasını Rusiyada davam etdirəcək. Artıq Nijni Novqorod “Sparta”sı Bredisin keçidini rəsmən açıqlayıb. Hazırda I Liqada oynayan komandanın əsas məqsədi yüksək liqaya yüksəlməkdir.