Azərbaycan yollarında qırğın: 7 nəfər öldü

Azərbaycan yollarında qırğın: 7 nəfər öldü
SOSİAL
11:14 15.02.2018
1064
Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 7 nəfər ölüb.
 
Dünən Bakının Nizami rayonunda "QazEl" markalı yük maşını ahıl kişini vurub öldürüb. Gecə saatlarında isə Qaradağda "VAZ" markalı minik avtomobilinin "KamAZ"a çırpılması 2 nəfərin ölümünə səbəb olub.

Daha bir ağır qəza Bərdə şəhərinin Koroğlu küçəsində qeydə alınıb. "VAZ" markalı minik avtomobilinin ağaca çırpılması 2 gəncin ölümü ilə nəticələnib.

Bundan başqa, İsmayıllı rayonunun Qalacıq kəndində "Niva"nın aşması, Sabirabadda isə minik avtomobilinin kanala düşməsi də insan itkisi ilə nəticələnib.

Hər bir faktla bağlı araşdırma aparılır.
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR