Bu gün Bakıda Azərbaycan-Yunanıstan biznes forumu keçirilir.
AZXEBER.COM-un verdiyi xəbərə görə, biznes forumda Yunanıstan tərəfdən 40 şirkət, Azərbaycan tərəfdən isə 100-ə yaxın şirkət iştirak edir.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) sədri Rüfət Məmmədov bildirib ki, forumda kommunikasiya, informasiya texnologiyaları, turizm, qida sənayesi, ağır sənayeni təmsil edən şirkətlər iştirak edir.İki ölkə arasında ticarət dövriyyəsinə gəlincə isə, o bildirib ki, keçən il Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsi 850 milyon dollar təşkil edib.“Dövriyyənin əsas hissəsi Azərbaycanın payına düşüb. Dövriyyədə Yunanıstanın payı isə cəmi 10 faiz təşkil edir”.R.Məmmədov ticarət dövriyyəsinin artırılması üçün hər iki tərəfin böyük imkana malik olduğunu və gələcəkdə də dövriyyənin artırılması üçün müzakirələr aparıldığını da sözlərinə əlavə edib.