“Azərbaycan öz ərazisindən daşımalara icazə verməklə Ermənistan üçün nəfəslik oldu"

“Azərbaycan öz ərazisindən daşımalara icazə verməklə Ermənistan üçün nəfəslik oldu"
SİYASƏT
15:36 06.11.2025
646
Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına start verilib. Yeni nəqliyyat marşrutu iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və regional logistika əməkdaşlığının gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan öz ərazisindən Ermənistana tranzit daşımalara tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb:

"Azərbaycan öz ərazisindən Ermənistana tranzit daşımalara tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırdı. Bununla  ölkəmiz sülh gündəliyi yalnız kağız üzərində yox, həm də praktikada tətbiqinə keçidinə başladığını nümayiş etdirdik. Əslində razılaşdılmış sülh gündəliyin müəllifi də Azərbaycandır”.

Deputat vurğulayıb ki, ilk yükün buğda olmasının da böyük əhəmiyyəti var:

"Qazaxıstandan sonra Rusiya da Ermənistana taxılın tranzit göndərilməsi ilə bağlı ölkəmizlə danışqlar aparmışdır. Ümumiyyətlə, dəniz və dəmir yolu ilə daşımalar avtomobil yolu ilə daşımalardan çox ucuz başa gəlir. Həm də Ermənistanın Rusiya ilə idxal-ixrac daşımalarının yeganə yolu Gürcüstanın ərazisindən keçən Yuxarı Larsdır. Bu yol həm təhlükəli, həm də bahalı marşurutdur”.

Parlamentari bildirib ki, Azərbaycan öz ərazisindən daşımalara icazə verməklə Ermənistan üçün bir nəfəslik oldu:

"Azərbaycan öz ərazisindən daşımalara icazə verməklə Ermənistan üçün bir nəfəslik oldu. Ermənistanın baş nazirindən başlayaraq hakimiyyətdə oturanların hamısının Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirməsi tranzit daşımalara icazə verilməsinin onlara nə qədər əhəmiyyətli olduğunu təsdiq edir. Təbii ki, tranzit daşımalardakı məhdudiyyələrin götürülməsi ölkəmizin sülh prosesinin dayanıqlı olmasına və iki ölkə arasında 30 ildən çox bir müddətdə dayandırlmış əlaqələrin bərpası prosesinə bir töhfəsi hesab edirəm”.

A.Badamov əlavə edib ki, indi isə top Ermənistandadır:

"İndi isə top Ermənistandadır. Ermənistan sülh gündəliyi həqiqətən praktiki addımlarla dəstəkləmək istəyirsə Zəngəzur dəhlizinin açılamsını sürətləndirməli və konstitusiyasında müvafiq dəyişiklikləri edərək yekun sülh müqaviləsinin imzlanamasına hazır olduğunu bildirərək bütün kommunikasiyaların açılmasına çalışmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR