"Azərbaycan ziyalıları ən doğru seçimi etdi"

"Azərbaycan ziyalıları ən doğru seçimi etdi"
SOSİAL
11:06 18.06.2021
337
"Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.”

Heydər Əliyev

Milli Qurtuluş Günü Azərbaycanın müasir müstəqillik tarixinə qızıl hərflərlə yazılmışdır. Bu real faktdır ki, Ulu Öndər Heydər Əliyevin SSRİ-nin ali hakimiyyət orqanlarında tutduğu mövqelərdən uzaqlaşdırılması Azərbaycan xalqının, onsuz da, daxildən çürümüş sistemə olan inamını dərindən sarsıtdı. Əslində, bu, ölkəmizi müstəqilliyə aparan yolun başlanğıcını qoymuş müstəsna hadisələrdən biri idi. Heydər Əliyev Sovet Azərbaycanına rəhbərlik etdiyi 13 illik birinci dövrdə əvəzsiz lider kimi xalqın böyük rəğbətini qazanmışdı. Təkcə elə bu faktı vurğulamaq kifayətdir ki, Heydər Əliyevin birinci hakimiyyət dövrü ərzində ölkəmizin gəlirinin ümumi həcmi əvvəlki dövrlərlə müqayisədə 2,5 dəfə artmışdı. O istəyirdi ki, Azərbaycan hər şeydən əvvəl, iqtisadi cəhətdən güclü olsun. "Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur” (H.Əliyev).

1988-ci ildən başlayan daxili ictimai-siyasi böhran, rəhbər şəxslərin səriştəsiz və qətiyyətsiz addımları nəticəsində 1990-cı ilin 20 yanvar tarixində Sovet qoşunları paytaxtımıza yeridildi. Baş vermiş faciəyə ilk kəskin etirazı bildirən də məhz Heydər Əliyev oldu. O, bu qanlı hadisəyə obyektiv tarixi qiyməti verməklə Azərbaycan xalqının qəlbini yenidən fəth etmişdi. Heç kimə sirr deyildi ki, xalqın ən böyük istəyi bu dahi şəxsiyyəti öz lideri görmək idi. Həmin ilin noyabrında onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilməsi bu istiqamətdə çox önəmli addım idi. Bununla belə, Heydər Əliyevin qarşısına qoyulan maneələr səbəbi ilə vaxtında Azərbaycanın rəhbərliyinə gələ bilməməsi öz acı nəticələrini xalqın hər bir fərdinə göstərdi.

Ölkənin kriminal qruplar, silahlı birləşmələr tərəfindən idarə olunduğu dövr heç kimə sirr deyil. Cərəyan edən hadisələr uğursuz fəaliyyəti və idarəçiliyi ilə xalqın gözündə tamamilə nüfuzdan düşmüş cəbhəçilərin hakimiyyətinin sonuna yaxınlaşdırırdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı artıq zərurət idi.

1992-ci ilin oktyabrında Azərbaycanın görkəmli ziyalıları Heydər Əliyevə hakimiyyətə qayıtması üçün müraciət ünvanlamışdılar. Onlar eyni zamanda Yeni Azərbaycan Partiyasının yaradılmasını da təklif etmişdilər. Bu şəxslər adlarını tarixə əfsanəvi "91-lər” kimi yazdırıblar. 1993-cü ilin 9 iyununda Heydər Əliyev xalqın və onun dəyərli ziyalılarının dəvətini qəbul edib Bakıya gəldi. Həmin ilin 15 iyununda Azərbaycan dövləti parçalanmaqdan, məhv olmaqdan xilas oldu, Ulu öndər xalqımıza bütöv Azərbaycan Respublikasını bəxş etdi. Odur ki, Milli Qurtuluş Günü tariximizin dönüş nöqtəsi kimi qiymətləndirilmişdir.

Ziyalıların Heydər Əliyevə müraciəti "Səs” qəzetinin 16 oktyabr tarixli buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı altında dərc edilmişdi. 91 ziyalımız ölkəyə rəhbərlik edə biləcək həqiqi lideri Heydər Əliyevin simasında görərək Azərbaycanı bu çətin sınaqdan çıxarmağa dəvət edirdilər. Müraciətdə deyilirdi:

"Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi Respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz!”

Bu danılmaz həqiqətdir ki, xalqımız və onun ziyalıları bugünkü güclü Azərbaycanın bünövrəsini qoymuş, davamlı inkişafın təməli olan Yeni Azərbaycan Partiyasını yaratmış Ulu Öndər Heydər Əliyevi dəvət etməklə tarixin axarını kökündən dəyişmişdir.

Heydər Əliyev ideologiyasının layiqli davamçısı olan cənab İlham Əliyevin hakimiyyət illəri ərzində də ölkəmiz böyük inkişaf yolu keçib, müstəqil Azərbaycanın gələcəyi etibarlı əllərdədir.

Ümummilli lider Heydər Əliyevin bütün dövrlər üçün aktual olan sitatı: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”.

Nəhmətova Könül Aydın,

Filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Təhsil İnstitutu, Əlavə təhsilin məzmunu şöbəsinin müdiri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək