Azərbaycana 5 min silah satacaqdılar... - ABŞ-da xüsusi əməliyyat

Azərbaycana 5 min silah satacaqdılar... - ABŞ-da xüsusi əməliyyat
SOSİAL
14:59 24.11.2016
2622

ABŞ-ın Federal Təhqiqatlar Bürosu aylarla davam edən xüsusi əməliyyatın nəticəsi olaraq Azərbaycana üçüncü ölkə üzərindən silah satmağa hazırlaşan İsrail vətəndaşını həbs edib.

 

FTB-nin əməliyyatı nəticəsində qanunsuz silah satışı sövdələşmələri həyata keçirmək istəyən İsrail vətəndaşı, 39 yaşlı Anri Şuşanla yanaşı Belarus əsilli yəhudi, 65 yaşlı Benyamin Qolınkin də həbs olunub. Onlar Brovard qraflığında İraq və Sudana, habelə Azərbaycana 1 milyon dollarlıq silah satışı hazırlığı görüblər. Həmin şəxslər ötən həftə "Pompano Beach”da FTB-nin uzun müddətdir davam edən məxfi təhqiqatlarının nəticəsi olaraq həbs olunublar.


Federal prokurorlar bildirir ki, həmin şəxslər İraq və Sudana 500 min ədəd 23 millimetrlik zenit pulemyotu patronu satmağı planlaşdırıblar. Hansı ki, ABŞ hər iki ölkəyə silah və sursat ixracını qadağan edib. Prokurorluğun bildirdiyinə görə, bu patronları İraqdakı "subyekt” sifariş edib. Plana əsasən patronların 150 mini Sudana göndərilməliydi, qalanı İraqda qalmalıydı.ABŞ-ın Federal Təhqiqatlar Bürosu aylarla davam edən xüsusi əməliyyatın nəticəsi olaraq Azərbaycana üçüncü ölkə üzərindən silah satmağa hazırlaşan İsrail vətəndaşını həbs edib.


Virtualaz.org "The Sun Sentinel” nəşrinə istinadən xəbər verir ki, FTB-nin əməliyyatı nəticəsində qanunsuz silah satışı sövdələşmələri həyata keçirmək istəyən İsrail vətəndaşı, 39 yaşlı Anri Şuşanla yanaşı Belarus əsilli yəhudi, 65 yaşlı Benyamin Qolınkin də həbs olunub. Onlar Brovard qraflığında İraq və Sudana, habelə Azərbaycana 1 milyon dollarlıq silah satışı hazırlığı görüblər. Həmin şəxslər ötən həftə "Pompano Beach”da FTB-nin uzun müddətdir davam edən məxfi təhqiqatlarının nəticəsi olaraq həbs olunublar.


Federal prokurorlar bildirir ki, həmin şəxslər İraq və Sudana 500 min ədəd 23 millimetrlik zenit pulemyotu patronu satmağı planlaşdırıblar. Hansı ki, ABŞ hər iki ölkəyə silah və sursat ixracını qadağan edib. Prokurorluğun bildirdiyinə görə, bu patronları İraqdakı "subyekt” sifariş edib. Plana əsasən patronların 150 mini Sudana göndərilməliydi, qalanı İraqda qalmalıydı.


Məlumata görə Anri Şuşan iki il əvvəl ABŞ-a köçüb və bu ölkədə yaşamaq icazəsinə malikdir. Ona qarşı Azərbaycana silah və döyüş sursatı satmaq cəhdi ilə bağlı ittiham irəli sürüləcək. Prokuror Maykl Valleysa bildirib ki, Anri Şuşanın fəaliyyəti 2015-ci ilin əvvəllərindən izlənilirdi və FTB-nin gizli agenti onunla təmasa girərək bu müddət ərzində telefon danışıqlarını, SMS yazışmalarını qeydə alıb.


Prokurorun bildirdiyinə görə, Şuşan ABŞ-a gələndən az sonra qanunsuz fəaliyyətə girişib. O, silah alveri məsələləri ilə bağlı danışıqlar aparmaq üçün Almaniya, Avstriya, Qvatemala, Rusiya, Kolumbiya və Azərbaycanda səfərlərdə olub. Prokurorluqdan deyiblər ki, o, son səkkiz ayda başqa ölkələrin sakinlərindən bir neçə yüz min dollar, Azərbaycandan isə 170 min dollar alıb.


Anri Şuşan silah təchizatçısı hesab etdiyi gizli FTB agentindən xahiş edib ki, ona Azərbaycana 5000 ədəd M4 snayper tüfənginin göndərilməsində kömək etsin. FTB agenti ona həmin silahın komponentlərini təqdim edib və "ilkin ödəniş” kimi 10 min dollar alıb.


Anri Şuşan habelə Kanada üzərindən Azərbaycana 10 min ədəd .408 markalı snayper tüfəngi patronu göndərməyə cəhd edib. Lakin həmin patronları istehsal edən və Vaşinqton ştatında yerləşən şirkət sövdələşmədən duyuq düşüb və bu haqda hakimiyyəti xəbərdar edib. Daha sonra Şuşan gizli FTB agentinə Azərbaycana 52 min ədəd .408 patronunun göndərilməsində kömək üçün 5200 dollar verib.


Bütün bu dəlillər məhkəmədə Anri Şuşanın həbsinə əsas olaraq təqdim edilib. İsrail vətəndaşı isə bildirib ki, heç kimə zərər yetirmək və heç bir qanunu pozmaq niyyətində olmayıb. Həmin ittihamlar üzrə onu 4 ilə qədər həbs gözləyir.

 

///Virtualaz.org

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
22:38 05.03.2025
Niderland Ukrayna üçün dronlara 700 milyon avro sərmayə qoya bilər
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
22:16 05.03.2025
Eyni evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim imiş
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi