Azərbaycana Avropa Şurası lazımdır? - “Heç kim bizimlə təhdid dilində danışa bilməz”

SİYASƏT
16:29 25.01.2024
1930
Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini təsdiqləməkdən imtina edib.
 
Bununla bağlı qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib.
 
Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. 
 
Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. 
 
Bəyanatda AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
 
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. 
 
Bəs AŞPA üzvləri Azərbaycanı dəstəkləməməklə nəyə nail olmaq istəyirlər?
 
Bu addımda əsas məqsəd nədir?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən politoloq, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli deyib ki, Azərbaycanın AŞPA ilə əməkdaşlığını dayandırması ölkəmizə qarşı qarayaxma kampaniya aparan ölkələrə məntiqi cavabdır:

 

"Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması barədə qərarı Fransa, Almaniya və onların sözügedən təsisatdakı yedək dövlətlərinin ölkəmizə qarşı apardıqları total qarayaxma və diskriminasiya siyasətinin məntiqi cavabıdır. Təəssüf ki, Avropa İttifaqına və Avropa Şurasına üzv olan bir sıra dövlətlərin uzun illərdən bəri yürütdükləri, konkret qütbün geosiyasi maraqlarının diqtə olunmasına, islamafob və irqçi baxış bucağının hakim mövqeyə keçməsinə xidmət edən, BMT Nizamnaməsinə və beynəlxalq hüququn digər norma və prinsiplərinə zidd siyasəti bir sıra beynəlxalq və regional təşkilatların formal əməkdaşlıq platformalarına çevrilməsinə, ayrı-ayrı ölkələrin peyk təsisatlarına çevrilməsinə, Avropa institutlarının gözdən düşməsinə zəmin yaradıb".
 
Siyasi şərhçinin sözlərinə görə, AŞPA 30 ilə yaxın azərbaycanlıların doğma yurdlarından didərgin düşməsini görməzdən gəlib:
 
"Artıq uzun müddətdir ki, "Avropa dəyərləri” anlayışı özündə fundamental insan hüquq və azadlıqlarını, demokratiya və ədalət prinsiplərini, bərabərhüquqlu ictimai və dövlətlərarası münasibətləri deyil, korporativ maraqları, konkret geosiyasi qütbün sattellit və vassallarının hikkəli iddialarını ifadə edir. Əgər Avropa Şurası və onun mahiyyət etibarilə məşvərətçi statusu daşıyan Parlament Assambleyası Ermənistanın işğalı nəticəsində 30 ilə yaxın öz evindən didərgin düşən, işğaldan azad edilmiş Azərbaycan ərazilərinin misli görünməmiş bir vəhşiliklə darmadağın edilməsi nəticəsində hələ də doğma yurdlarına qayıda bilməyən, həmçinin indiki Ermənistan ərazisindən zülmlə qovulan bir milyon nəfərdən çox azərbaycanlının hüquqlarını görməzdən gəlib, torpaqlarımızı cəhənnəmə çevirən və dünyanın gözü qarşısında könüllü şəkildə ərazilərimizi tərk edən bir toplumun sayı köçkün və qaçqın düşən azərbaycanlılardan on dəfələrlə az olan, xeyli hissəsi Livan, Suriya və digər ölkələrdən gətirilərək qanunsuz şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılmış terrorçulardan, qanunsuz silahlı dəstələrin üzvlərindən ibarət etnik ermənilərin hüquqlarını Azərbaycan Respublikasının vətəndaşlarının, yəni Azərbaycan adlanan dövlətin sahiblərinin hüquqlarından üstün tutursa, o zaman, bizə belə Şura dünəndən lazım deyil.
 
Biz Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan üzü bu yana adında "şura” sözü olan, amma irqi diskriminasiya mexanizmi funksiyasını yerinə yetirən təsisatların gerçək üzünün nədən ibarət oldğunu çox yaxşı bilirik. Bu gün Suriyada, Liviyada, Yəməndə, Qəzzada, Ukraynada və dünyanın digər qaynar nöqtələrində baş verən cinayətlər, yüzminlərlə günahsız şəcsin qətlə yetirilməsi, milyonlarla insanın öz evindən qaçqın və köçkün düşməsi məhz AŞ PA kimi təsisatları dirijor çupuğuyla idarə edən geosiyasi aşPAZların qaynatdığı cəhənnəm qazanlarının görünən tərəfidir. Amma bu "qazanlar”dan buxar deyil, insan ah-naləsi çıxır. Bu gün onmilyonlarla insanın faciəsinə rəvac verib, öz bədənlərinin sərhədlərini qoruya bilməyənlərin "hüquqlarının” müdafiəsi üçün qlobal ajiotaj yaradan Avropa institutlarının mənəvi, mədəni, sosial deqradasiyaya uğradığı göz qabağındadır. Məhz bu baxımdan, kimin necə düşünməsindən asılı olmayaraq, bizə belə üzdəniraq təsisatların gərəkli olduğunu düşünmürəm".
 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, AŞPA-nın ölkəmizə qarşı bu cür davranışının əsas səbəbi Azərbaycanın qələbələriylə barışa bilməməsidir:

 

"Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir sıra təşkilatlar Azərbaycanın 2020-ci ilin noyabrında və 2023-cü ilin sentyabrında əldə etdiyi qələbələrlə barışa bilmir. Onlar illər boyu Ermənistanı müdafiə edərək, onun Azərbaycana qarşı təcavüzünü dəstəkləmiş, problemin sülh yolu ilə həll olunmasına mane olmuşdular. Xüsusilə Avropa məkanında Fransa bu baxımdan daha çox fərqlənir. Bu ölkənin Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi bütün hədləri keçməkdədir. Özünün Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə kifayətlənməyən Fransa məhz Avropa məkanında fəaliyyət göstərən Avropa Parlamenti və Avropa Şurası kimi beynəlxalq təşkilatların imkanlarından da yararlanaraq Azərbaycana qarşı hücumlarını dayanmadan davam etdirir. Əslində, Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin mandatının ratifikasiya etməməsi ilə demiş olduğu səbəblər fiksiyadır, əsası olmayan yanaşmalardır".
 
Deputat hesab edir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin öz fəaliyyətini dayandırması tam doğru qərar oldu:
 
"Onları ən çox narahat edən Azərbaycanın müstəqil siyasət yeritməsi, Cənubi Qafqazda Ermənistan məsələsinə son qoyması və Azərbaycanda separatçı-xunta rejimini devirməsidir. Ona görə də ən müxtəlif bəhanələrlə Azərbaycana qarşı səhv addımlar atırlar, parlamentlərində ölkəmizin sıxışdırılmasına çalışırlar. Avropa dövlətlərinə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edirlər. Avropa Parlamenti uzun müddətdir ki, Azərbaycana qarşı bu hücumları davam etdirir. Artıq həmin əks-fəaliyyətə AŞPA da qoşuldu. Orada Fransanın təsiri olduqca çoxdur. Bəzi məlumatlar əsasında AŞPA da Azərbaycana qarşı ədalətsiz mövqeyini nümayiş etdirdi. Azərbaycanın həmin təşkilatdakı fəaliyyətini məhdudlaşdıran qərar qəbul etdi. Ölkəmizin sözügedən təşkilatdakı nümayəndə heyəti çox doğru olaraq bu cür ədalətsiz münasibətə bəyanatla öz reaksiyasını ifadə etdi, bunu Azərbaycana qarşı qərəzli münasibət kimi qiymətləndirdi. Eyni zamanda, çox düzgün olaraq ifadə etdi ki, heç bir ölkə, qurum ləyaqətli və beynəlxalq hüququn normalarına söykənən, bəşəri dəyərlərə arxalanan Azərbaycana həqarətlə yanaşa bilməz, bizimlə zor və təhdid diliylə danışa bilməz. Bu cür bəyanatla bizim nümayəndə heyətimiz öz fəaliyyətini AŞPA-da dayandırdı. Düşünürəm ki, bu, çox doğru qərar oldu. AŞPA-nın heç bir fakt olmadan bu cür mövqeyi görünməmiş bir hadisədir və gələcəkdə AŞPA qəbahətini ortadan qaldırarsa, bizim həmin nüfuzlu təşkilatdakı fəaliyyətimiz bərqərar ola bilər".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "ictimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb