Azərbaycana bu günə qədər 44753 nəfər koronavirus testi verib

22:34 05.04.2020
629
Bu gün Azərbaycanda 3080 nəfər koronavirus testindən keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 44 753 nəfərdir.

Reanimasiyada olan xəstə sayı 5, intubasiya olunmuş xəstələrin sayı 3-dür.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 584, virusdan ölənlər 7, sağalan xəstə sayı 32, aktiv xəstələrin sayı isə 545 nəfərdir.

OXŞAR XƏBƏRLƏR