Azərbaycana deport edilən Əfqan Sadıqov həbs edildi

Azərbaycana deport edilən Əfqan Sadıqov həbs edildi
KRİMİNAL
11:10 09.06.2026
154
Hədə-qorxu ilə tələb etmədə ittiham olunan Əfqan Sadıqov həbs edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.

Vəkil bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib.

Vəkilin sözlərinə görə, Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun sosial şəbəkədə polis əməkdaşını təhqir etdiyinə görə 2 000 lari (1 278 manat) məbləğində cərimə edilməsi, Gürcüstandan deportasiya olunması və 3 il müddətinə ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib. Əfqan Sadıqov aprelin 5-də Gürcüstandan Azərbaycana deport edilib.
OXŞAR XƏBƏRLƏR