“Azərbaycana dəstəyimizə görə Kanada kameralara embarqo qoydu” - Ərdoğan

“Azərbaycana dəstəyimizə görə Kanada kameralara embarqo qoydu” - Ərdoğan
SİYASƏT
20:00 12.11.2020
3222
"Azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstək səbəbindən Kanada PUA-larımızın bəzilərində istifadə etdiyimiz kameralara embarqo qoydu”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz də ASELANS şirkətində yenilərini istehsal etdik, PUA-larımıza qoşub yolumuza davam etdik. Eyni kameralardan daha yaxşısını istehsal etmək üçün layihəyə başlamışıq”, - deyə Ərdoğan bildirib.
OXŞAR XƏBƏRLƏR