Azərbaycana Foruma gələn əcnəbi virus daşıyıcısıymış

Azərbaycana Foruma gələn əcnəbi virus daşıyıcısıymış
SOSİAL
12:50 10.05.2016
1421
Azərbaycanda bu ilin aprel ayı ərzində bir nəfərdə malyariya xəstəliyi qeydə alınıb. Həmin şəxs BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edən Afrikanın Benin Respublikasının vətəndaşıdır.
Bu barədə məlumatı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) parazitologiya şöbəsinin rəhbəri Süleyman Məmmədov verib.S. Məmmədov bildirib ki, həmin şəxs Azərbaycanda Foruma qatılmaq üçün ölkəmizə gəlib. Hərarəti olduğundan, Kliniki Tibbi Mərkəzə yerləşdirilib:" Kliniki Tibbi Mərkəzdə ondan qan nümunələri götürülərək bizə göndərilmişdi. Müayinələr zamanı bəlli oldu ki, həmin şəxsdə tropik malyariya xəstəliyi var. Malyariyanın bu növü Azərbaycanda qeydə alınmayıb. Tropik malyariyanı yayan ağcaqanadlar Afrikada olduğundan, bu xəstəlik daha çox orada yayılır. 1992-ci il təvəllüdlü Benin vətəndaşı müalicə olunduqdan sonra öz ölkəsinə göndərilib".S. Məmmədovun sözlərinə görə, artıq dörd ildir ki, Azərbaycanda xaricdən gələn vətəndaşlar istisna olmaqla malyariya xəstəliyi aşkarlanmır:"Azərbaycan malyariyadan azad ölkələr siyahısına düşüb. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) şərtlərinə görə, üç il ardı-ardına yerli malyariyaya yoluxma halı qeydə alınmayan ölkə malyariyadan azad ölkə statusu alır. Azərbaycanda son dörd ildir ki, yerli malyariyaya yoluxma faktı qeydə alınmayıb. Bu onu göstərir ki, ölkədə malyariya xəstəliyi ilə bağlı vəziyyət tam sabitdir. Azərbaycan bu təhlükəli xəstəliyin qarşısını tam olaraq alıb. Azərbaycanda malyariya xəstəliyinin kütləvi yayılması sonuncu dəfə 1996-1997-ci illərdə baş verib. Həmin dövrdə 13135 nəfərin bu xəstəliyə yoluxduğu qeydə alınıb. İndi demək olar ki, ölkədə malyariya ilə bağlı təhlükə yoxdur. May ayından başlayaraq endemik ərazilərdə profilaktik tədbirlər həyata keçirilir. Xəstəliyin əsas yayıcısı olan "anofeles" ağçaqanadların kökünü kəsmək üçün nəmişlik olan rayonlardakı bataqlıqlar dizenfeksiya olunur. Malyariya ocaqlarında potensial infeksiya mənbələrini zərərsizləşdirmək məqsədi ilə kimyəvi profilaktika işləri də aparılır”.Movqe.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək