Azərbaycana gətirilən siqaret filtrinin içərisindən narkotik çıxdı

Azərbaycana gətirilən siqaret filtrinin içərisindən narkotik çıxdı
SOSİAL
16:26 01.11.2018
3586
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olan məlumat əsasında, İrandan qayıdan Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb.

AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, vətəndaşın əl yükü yoxlanılan zaman ona məxsus "Magna" markalı siqaret qutusunda 12 ədəd siqaret filtrinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 5.6 qram olan əzilmiş, açıq qəhvəyi, toz halında narkotik maddə - metamfetamin aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR