Azərbaycana ilk medalı qazandıran idmançı: “Bu gün sevinc göz yaşları hələ çox olacaq”

Azərbaycana ilk medalı qazandıran idmançı: “Bu gün sevinc göz yaşları hələ çox olacaq”
İDMAN
15:01 30.07.2021
1182
"Çox xoşbəxtəm, hisslərimi sözlə ifadə edə bilmirəm. Rəqibi fəndə salanda və Olimpiya Oyunlarının mükafatçısı olduğumu dərk edəndə sadəcə daxilimdə hər şey çevrildi”.

Bunu Azərbaycan cüdoçusu İrina Kindzerskaya Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanan idmançı 3-cü yer uğrunda qarşılaşmadan sonra gözləntilərini və hisslərini açıqlayıb:

"Maksimal dərəcədə köklənmiş və hazırlıqlı idim. Hamıya sübut etmək istəyirdim ki, Azərbaycanda qadın cüdosu ciddi şəkildə mövcuddur. Çalışmaq və çalışmaq lazımdır. Bu, qızların gələcək karyeraları üçün təkan olmalıdır”.

Kindzerskaya uğur qazanmaqda ona dəstək olanlara da minnətdarlıq edib:

"Öz məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasına, vitse-prezidentimiz Sadıq Sadıqova çox sağ ol demək istəyirəm. İnam və dəstək göstərib Azərbaycan yığmasının bir parçası olmaq imkanı verdilər. Nəyə qadir olduğumu sübut etdim. Yaşlı idmançı olsam da, onlar mənə inandılar. Həyat yoldaşıma, ailəmə, qohumlarına, atama, anama, qaynanama təşəkkür edirəm. Onlar nəticədən asılı olmayaraq həmişə mənimlə fəxr ediblər. Onlar üçün çempionam”.

İrina rəqibləri barədə də danışıb:

"Bu gün mübarizə ilk qarşılaşmadan getdi. Hər görüş mənim bunu bacaracağımın təsdiqi idi. Çox üzüldüm ki, yaponiyalıya uduzdum. Olimpiya çempionu olmağı çox istəyirdim. Bu məğlubiyyətdən sonra psixoloji cəhətdən toparlanmaq çox çətin idi. Başa düşürdüm ki, ikinci dəfə əldən verə bilmərəm. Buna imkan verməzdim. Bu gün sevinc göz yaşları hələ çox olacaq. Azərbaycan bu Olimpiadada hələ medal qazanmamışdı. Bu, ilk oldu. Çox fəxr edirəm ki, medal hesabını açdım. Ümid edirəm ki, bu medallar hələ çox olacaq. Hələlik karyeramda fasilə verəcəm. Bərpa olunmaq, müalicə olunmaq lazımdır. Zədələrim olub. Dizimdən başqa heç nə haqda düşünə bilmədiyimdən Avropa çempionatında bacara biləcəyim nəticəm yaxşı alınmadı. Dizlərim qazanc yerim, çörəyimdir. Ona görə də Avropa çempionatının medalı Olimpiya mükafatının yanında heç nədir. Şadam ki, orada uduzub, bərpa olunub bacardım. Ötən il Olimpiada bir il təxirə salındı. Bu idmançı üçün çox ağırdır. Ağlayırdım. Gücümü necə saxlayacağımı bilmirdim. Son anadək yarışın keçiriləcəyinə inanmırdım. Hər dəfə Olimpiadanın ləğvi barədə danışırdılar. Amma sevinirəm ki, yarış baş tutdu. Çox şadam ki, kiçik tarixin bir parçası oldum”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO