Azərbaycana keçmək istəyən silahlı şəxs saxlanıldı

Azərbaycana keçmək istəyən silahlı şəxs saxlanıldı
SOSİAL
12:24 07.04.2017
796
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X-Ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, yoxlama zamanı əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində "MP 654K Cal. 4.5 mm" yazıları əks olunan 1 ədəd T0192493 pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR