"Azər­bay­ca­na nə az, nə çox, 139 öl­kə­dən tu­rist gə­lir..."

İQTİSADİYYAT
17:25 24.08.2017
1128
"Azər­bay­can tu­riz­mi ar­tıq in­ki­şaf döv­rü­nü ya­şa­yır"Röv­şən Ta­ğı­yev: "Qar­şı­da­kı il­lər ər­zin­də öl­kə­yə gə­lə­cək tu­rist­lə­rin sa­yı da­ha da ar­ta­caq"
Müa­sir dün­ya­da tu­rizm hər bir öl­kə üçün iq­ti­sa­diy­ya­tın ən di­na­mik in­ki­şaf edən sa­hə­lə­rin­dən bi­ri sa­yı­lır. Azər­bay­can­da da bu sa­hə­nin in­ki­şa­fı­na cid­di diq­qət gös­tə­ril­mək­də­dir. Bəl­li­dir ki, ar­tıq tu­rizm bü­tün dün­ya­da ən gə­lir­li sa­hə­lər­dən bi­ri­nə çev­ri­lib. Tu­rizm sek­to­ru­nun da­vam­lı ola­raq in­ki­şaf et­mə­si və ge­niş­lən­mə­si bu sek­to­ru so­si­al-iq­ti­sa­di tə­rəq­qi­də apa­rı­cı sa­hə­yə çe­vi­rib. Bu özü­nü ye­ni iş yer­lə­ri­nin ya­ra­dıl­ma­sı, tu­rizm­lə bağ­lı mü­əs­si­sə­lə­rin və in­fras­truk­tu­run qu­rul­ma­sın­da gös­tə­rir.
Azər­bay­can re­al­lı­ğın­da da öl­kə iq­ti­sa­diy­ya­tı­nın di­ver­si­fi­ka­si­ya­sı, re­gi­on­la­rın in­ki­şa­fı üçün məhz bu sek­tor həl­le­di­ci əhə­miy­yət kəsb edir
Qeyd edək ki, tu­rizm­də Azər­bay­ca­nın rə­qa­bət im­kan­la­rı çox yük­sək­dir. Tə­bii sər­vət­lə­ri­miz, rən­ga­rəng iq­li­mi­miz, zən­gin ta­ri­xi-mə­də­ni ir­si­miz cəl­be­di­ci tu­rizm məh­su­lu ya­rat­maq üçün mü­hüm zə­min­dir. Bu­nun­la bə­ra­bər, Azər­bay­can döv­lə­ti tu­rizm sa­hə­si­nin in­ki­şa­fı­nı iq­ti­sa­diy­ya­tın qey­ri-neft sek­to­ru üz­rə prio­ri­tet is­ti­qa­mət elan edib. Son 10 il ər­zin­də öl­kə­də tu­riz­min təş­vi­qi ilə bağ­lı gö­rü­lən iş­lər, apa­rı­lan is­la­hat­lar, qə­bul edi­lən döv­lət proq­ram­la­rı, nor­ma­tiv-hü­qu­qi ba­za­nın tək­mil­ləş­di­ril­mə­si bu­nu bir da­ha sü­but edir. Bu təd­bir­lər nə­ti­cə­sin­də Azər­bay­can­da tu­rizm sə­na­ye­si ye­ni mər­hə­lə­yə qə­dəm qo­yub, öl­kə­miz dün­ya­da ye­ni tu­rizm is­ti­qa­mə­ti ki­mi ta­nın­ma­ğa baş­la­yıb, bey­nəl­xalq tu­rizm ba­za­rı­na in­teq­ra­si­ya il­bə­il da­ha ge­niş şə­kil­də tə­min olu­nur.
Da­nıl­maz fakt­dır ki, son il­lər is­ti­ra­hət üçün Azər­bay­ca­na üz tu­tan tu­rist­lə­rin sa­yı il­dən-ilə ar­tır. Tu­rist ar­tı­mı­nı tək pay­taxt əra­zi­sin­də de­yil, ey­ni za­man­da böl­gə­lə­ri­miz­də də mü­şa­hi­də et­mək olur.
Açıq­la­nan sta­tis­tik rə­qəm­lə­rə əsa­sən, 2017-ci ilin yan­var-iyun ay­la­rı ər­zin­də dün­ya­nın 139 öl­kə­sin­dən 1203,7 min əc­nə­bi və və­tən­daş­lı­ğı ol­ma­yan şəxs Azər­bay­ca­na gə­lib ki, bu da ötən ilin ey­ni döv­rü ilə mü­qa­yi­sə­də 24,5 fa­iz çox­dur.Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si­nin yay­dı­ğı mə­lu­mat­da qeyd olu­nur ki, gə­lən­lə­rin 31,2 fai­zi Ru­si­ya Fe­de­ra­si­ya­sı, 21,2 fai­zi Gür­cüs­tan, 15,0 fai­zi İran, 11,6 fai­zi Tür­ki­yə, 3,7 fai­zi Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri, 2,3 fai­zi Uk­ray­na, 14,9 fai­zi di­gər öl­kə­lə­rin və­tən­daş­la­rı, 0,1 fai­zi isə və­tən­daş­lı­ğı ol­ma­yan şəxs­lər olub.
Ümu­miy­yət­lə, ötən ilin ana­lo­ji döv­rü ilə mü­qa­yi­sə­də öl­kə­yə gə­lən tu­rist­lə­rin sa­yı 24,5 fa­iz çox­dur.
"Kral Tra­vel" tu­rizm şir­kə­ti­nin baş di­rek­to­ru Röv­şən Ta­ğı­yev "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, Azər­bay­can tu­riz­mi ar­tıq in­ki­şaf döv­rü­nü ya­şa­yır: "Öl­kə­mi­zə gə­lən tu­rist­lə­rin sa­yı gü­nü-gün­dən ar­tır. Tu­rist sa­yı­nın art­ma­sı tu­rizm sek­to­ru­nun in­ki­şa­fı­na sə­bəb olur. Bu da öl­kə­miz üçün bö­yük əhə­miy­yət kəsb edir. Öl­kə­miz­də ke­çi­ri­lən bey­nəl­xalq əhə­miy­yət­li ya­rış­lar, təd­bir­lər Azər­bay­ca­nın dün­ya­da ta­nı­dıl­ma­sın­da bö­yük rol oy­na­yıb. Bu il öl­kə­miz­də ke­çi­ri­lən "Ba­kı-2017" İs­lam Həm­rəy­li­yi Oyun­la­rı və "For­mu­la-1" Azər­bay­can Qran-pri­si, "Ja­ra" fes­ti­va­lı və di­gər bey­nəl­xalq əhə­miy­yət­li təd­bir­lə­rin ke­çi­ril­mə­si əc­nə­bi­lə­rin Azər­bay­can haq­qın­da mə­lu­mat­lı ol­ma­sı­na sə­bəb ol­du. Həm­çi­nin, vi­za sis­te­mi­nin sa­də­ləş­di­ril­mə­si tu­rist sa­yı­na tə­sir edir".
Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, bu gün öl­kə­yə gə­lən tu­rist­lər ara­sın­da tək ərəb öl­kə­lə­ri­nin və­tən­daş­la­rı de­yil, ey­ni za­man­da, Ru­si­ya və di­gər öl­kə­lə­rin və­tən­daş­la­rı üs­tün­lük təş­kil edir.
R.Ta­ğı­yev onu da əla­və et­di ki, qar­şı­da­kı il­lər ər­zin­də öl­kə­yə gə­lə­cək tu­rist­lə­rin sa­yı da­ha da ar­ta­caq: "Biz bu­nu ya­xın il­lər ər­zin­də mü­şa­hi­də edə­cə­yik. Onu da nə­zə­rə al­maq la­zım­dır ki, Azər­bay­can tu­rizm po­ten­sia­lı ba­xı­mın­dan ən əl­ve­riş­li öl­kə­lər­dən bi­ri­dir. Tu­rist­lə­rin ya­rar­la­na­ca­ğı xid­mət sa­hə­lə­ri bi­zim öl­kə­də ye­tə­rin­cə­dir. Həm­çi­nin, müa­li­cə­vi tur­la­rın üs­tün­lük təş­kil et­mə­si tu­rist­lə­rin diq­qə­ti­ni cəlb edir. Azər­bay­ca­nın sa­kit mü­hi­ti, ra­hat şə­ra­it is­tə­ni­lən xa­ri­ci öl­kə və­tən­da­şı­nın diq­qə­ti­ni cəlb edir.
Həm­çi­nin, qiy­mət­lə­rin di­gər öl­kə­lər­lə mü­qa­yi­sə­də mü­na­sib ol­ma­sı tu­rist­lər üçün da­ha əl­ve­riş­li­dir".

 

OXŞAR XƏBƏRLƏR