Azərbaycana növbəti həkim briqadası gətirildi - FOTO

Azərbaycana növbəti həkim briqadası gətirildi - FOTO
SOSİAL
17:50 06.11.2020
1020

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kubanın paytaxtı Havanadan Bakıya xüsusi reys yerinə yetirdi.

AZAL-dan verilən məlumata görə, noyabrın 6-sı təşkil olunan xüsusi reyslə  Azərbaycan hökumətinin dəvəti ilə Kubadan Azərbaycana 120 həkim çatdırılıb.

Kubadan  gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu ilin iyul ayında "Azərbaycan Hava Yolları” artıq belə bir reys həyata keçirmişdir və həmin reyslə Havanadan Bakıya koronavirus infeksiyasına qarşı mübarizədə kömək göstərmək üçün bir qrup Kubalı həkim gəlib. 

Aviauçuş genişfüzelyajlı "Boeing 787”  tipli təyyarə vasitəsilə həyata keçirilib.

Uçuş 13 saat davam edib, Azərbaycan və Kubanın paytaxtları arasındakı məsafə 11 880 km. təşkil edib.

 

OXŞAR XƏBƏRLƏR