"Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər"

"Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər"
SİYASƏT
13:15 14.05.2019
2849
Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, bu bəhanələrin sırasında idman yarışları da var:

"Bu, birinci dəfə deyil. Azərbaycanda siyasi xarakter daşımayan mötəbər tədbirlər keçirilən zaman ölkəmizə qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və Azərbaycanın imicinin üzərinə kölgə salmağa çalışırlar. Bu, ölkəmizin dünyada artan nüfuzunun bilavasitə nəticəsidir. Azərbaycanı sevməyən, bizə qarşı kampaniya aparan qüvvələr ölkəmizin nüfuzunun artmasından narahatlıq keçirir və çirkin əməllərindən qalmırlar".

Baş nazirin müavini burada erməni lobbisinin çirkin fəaliyyətini də qeyd edib: "Əlbəttə ki, onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşürlər. Azərbaycana qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var. Bütün bu kampaniyalar Azərbaycanın müxtəlif tədbirlərin keçirilməsinə ev sahibliyi etməsinə əngəl olmayacaq. Mayın sonunda baş tutacaq idman tədbiri də yüksək səviyyədə keçiriləcək".

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər: "Azərbaycan sabitliyi və təhlükəsizliyi ilə dünyada birmənalı şəkildə tanınır. Ölkəmizin əhəmiyyəti etiraf edilir və heç bir qarayaxma kampaniyası bunun qarşısını ala bilməyəcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama