Azərbaycan tarix boyunca ərazi bütovlüyü uğrunda mübarizələr aparmış, həm xalqını, həm də dövlət sərhədlərini düşməndən qorumağa çalışmışdır. Bu münaqişələr arasında ən dəhşətlisi və bütün dünyaya məlum olanı Azərbaycan və Ermənistan arasında Qarabağ torpaqları uğrunda gedən qanlı savaşdır. Qarabağda qazanılan tarixi zəfər müstəqilliymizi,dünya arenasındakı mövqeyimizi və gücümüzü bir daha sübut etməklə yanaşı xalqdakı milli ruhu daha da oyatdı. Savaşın arxa planına nəzər yetirsək Qarabağ müharibəsinin uzun illər öncədən kök saldığını görə bilərik. Sovet İttifaqının hakimiyyəti zamanı Ermənistanın Qarabağ bölgəsinə olan ərazi iddiaları daha da gücləndi və ardınca bu ərazidə yaşayan azərbaycanlılara qarşı amansız hücümlar,etnik zəmində təxribatlar həyata keçirdilər. 20-ci yüzilliyin tarixinə ən faciəvi münaqişələrdən biri kimi daxil olan və Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnən bu savaş xalqda unudulmaz izlər qoymuşdur. Uzun müddət davam edən qarşıdurmalar, davamlı şəkildə ermənilərin atəşkəsi pozması və növbəti hərbi təcavüz cəhdinə qarşılıq olaraq Azərbaycan Ordusu əks həmlə edərək 44 günlük Vətən Müharibəsinə başladı.
Bu ağır və keşmekeşli müharibə heç şübhəsiz ki, Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Müharibənin müsbət nəticələnməsində bir çox faktor rol oynasada bunlardan ən əsası Azərbaycan Ordusunun payına düşür. Onların möhkəmliyi, vətənə olan bağlılığı, strateji yönümləri münaqişədə üstünlük qazanılmasında kəskin bir fərqlilik yaratdı. Sadalanan bu keyfiyyətlər Azərbaycan Ordusunun dünya sıralamasında ilk 50 ölkən biri olmasının göstəricisidir. Azərbaycan Respublikasının əsrin müharibəsinə başçılıq etməsi və bu savaşdan qalib dövlət olaraq ayrılması dünya dövlətlərinin diqqətini çəkdi. Bir çox ölkədən media nümayəndəsi Prezident İlham Əliyevdən müsahibə almaq üçün ölkəmizi ziyarət etdi. Nəticə etibariylə, qazanılan qələbə beynəlxalq dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması və diplamatiya sahəsində böyük uğurlar əldə etməsinə vəsilə oldu.
Ermənistanın tarix boyu Azərbaycana qarşı törətdiyi təcavüzkar siyasəti,Xocalı faciəsini və 20 yanvar hadisələrini də bir çox ölkə Azərbaycan Respublikasına qarşı törədilən terror hadisələri olaraq tanıdı. Azərbaycanın Qarabağ savaşında qazandığı qələbə ölkə tarixində unudulmaz bir səhifədir. Bu zəfər Azərbaycanın milli ruhunu daha da oyatmış və hər kəsə Azərbaycanın əsl gücünü sübut etmişdir. Tarixi qalibiyyətimiz sayəsində bu yolda canından keçmiş heç bir azərbaycanlının qanı yerdə qalmamışdır. Azərbaycana Qələbə Yaraşır!
Lalə Padarova