Qarşıdan gələn payız ayları ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana qrip virusu əleyhinə peyvəndlər gətirilir.
Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli deyib.
O bildirib ki, bu barədə daha ətraflı məlumat almaq və uşaqlarını peyvənd etdirmək üçün valideynlər yaşadıqları ərazi üzrə poliklinikalara müraciət edə bilərlər.