Azərbaycana rüşvətlə dərman keçirməkdə ittiham edilən vəzifəli şəxslərin məhkəməsinin vaxtı açıqlandı

Azərbaycana rüşvətlə dərman keçirməkdə ittiham edilən vəzifəli şəxslərin məhkəməsinin vaxtı açıqlandı
SOSİAL
21:55 09.03.2024
280
Naxçıvanda "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən Azərbaycan ərazisinə nəzarətsiz keçirilməsində təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərinin məhkəməsinin vaxtı məlum olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclası martın 15-nə təyin edilib.

İşə hakim Hüseyn Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Sədərək" gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda istintaq olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla DGK-nin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə qeydiyyatdan keçirilməyən 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini satış məqsədilə ölkə ərazisinə idxal etməkdə şübhəli biliniblər.
S.Paşayev və N.Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, S. Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Y. Teymurov və F. Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

İstintaqı tamamlanan cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
20:21 31.08.2026
"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
20:13 31.08.2026
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
20:07 31.08.2026
Pezeşkian: İran Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlıdır
"Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır"
20:06 31.08.2026
"Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır"
CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib
19:50 31.08.2026
CENTCOM SEPAH-ın iddiasını təkzib edib: Hörmüz boğazında heç bir gəmi minaya düşməyib
Prezident onlarla ayaqüstü söhbət etdi - FOTOLAR
19:39 31.08.2026
Prezident onlarla ayaqüstü söhbət etdi - FOTOLAR
İrem Dericinin nişanlısı saxlanıldı
19:39 31.08.2026
İrem Dericinin nişanlısı saxlanıldı
“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu
19:35 31.08.2026
“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu
Ukraynada polis şöbəsində partlayış oldu
19:10 31.08.2026
Ukraynada polis şöbəsində partlayış oldu
Bakıda daha bir yolda təmir işlərinə başlanılır
18:54 31.08.2026
Bakıda daha bir yolda təmir işlərinə başlanılır
Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
18:39 31.08.2026
Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb
18:27 31.08.2026
Kiyevdə Rusiyanın hücumu nəticəsində azərbaycanlıya məxsus restoran dağılıb
"Liverpul" 18 yaşlı hücumçu Cilian Nqessanı heyətinə qatır
18:13 31.08.2026
"Liverpul" 18 yaşlı hücumçu Cilian Nqessanı heyətinə qatır
Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu
18:01 31.08.2026
Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu
Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir - FOTOLAR
17:48 31.08.2026
Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyi ilə “Veysəloğlu” arasında memorandum imzalanacaq – FOTOLAR
17:35 31.08.2026
Kənd Təsərrüfatı Nazirliyi ilə “Veysəloğlu” arasında memorandum imzalanacaq – FOTOLAR