Azərbaycana soyuq hava gəlir: intensiv yağışlar yağacaq – RƏSMİ

Azərbaycana soyuq hava gəlir: intensiv yağışlar yağacaq – RƏSMİ
SOSİAL
13:33 30.06.2025
380
"İyul ayı stabil aylardan olsa da, şimaldan Azərbaycana daxil olan soyuq hava kütlələri nəticəsində qeyri-sabit hava şəraiti gözləniləndir”.

AZXEBERE.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

"Həmin soyuq hava kütlələri nəticəsində, Azərbaycana bol yağıntıların düşməsi gözləniləndir. Bu da daşqınlara, çaylarda sululuğun artmasına səbəb ola bilər. Lakin hava şəraiti may-iyun aylarında normadan aşağı keçdiyinə görə, iyulda nisbətən isti ola bilər”, – o qeyd edib.
OXŞAR XƏBƏRLƏR