Azərbaycana soyuq hava kütlələri daxil olub

Azərbaycana soyuq hava kütlələri daxil olub
SOSİAL
16:03 26.03.2026
148
Soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, kəskin hava şəraiti Bakıda və Abşeron yarımadasında martın 27-dən 29-dək, rayonlarda isə 30-dək davam edəcək.

"Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - Gülşad Məmmədova bildirib.
OXŞAR XƏBƏRLƏR