Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji əməkdaşlıq yeni mərhələyə keçir

Azərbaycan–Avropa İttifaqı münasibətlərində strateji əməkdaşlıq yeni mərhələyə keçir
SİYASƏT
09:02 06.07.2026
479
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Prezident cənab İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında uğurla inkişaf edir. Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: "Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur."

Dövlət başçısı qeyd edib ki, son illərdə əməkdaşlığın əhatə dairəsi xeyli genişlənib və enerji, nəqliyyat, iqtisadiyyat, yaşıl enerji və regional bağlantılar kimi sahələrdə yeni imkanlar yaranıb. Bu səfər tərəflər arasında strateji dialoqun daha da möhkəmlənməsinə və uzunmüddətli əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir.

Müəllif: Rəşadət Hacıyev
Göygöl rayon Telekommunikasiya qovşağının rəis əvəzi

OXŞAR XƏBƏRLƏR