İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO
SİYASƏT
11:08 07.07.2026
785
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.

Dövlətimizin başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.

Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.

Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.

Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.

Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
16:34 28.10.2026
Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
225 nömrəli məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
16:34 28.10.2026
225 nömrəli məktəbə psixoloqlar cəlb edildi - RƏSMİ
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
16:17 28.10.2026
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
16:16 28.10.2026
Cənubi Koreya "Google" və "Apple"ı cərimələdi
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
16:15 28.10.2026
Evdən 10 minlik qızıl oğurlayan şəxs saxlanıldı
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
16:13 28.10.2026
Övladınızın həyat yoldaşı seçiminə müdaxilə edərdiniz? – VİDEOSORĞU
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
16:08 28.10.2026
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
15:26 28.10.2026
Fransada etirazlar mağazalara ağır zərbə vurdu: Dövriyyə 80 faiz azalıb
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
15:22 28.10.2026
“Məni öldürmək istədilər, anamı erməni çıxardılar, deputat seçilməyimə mane oldular!” - Xoşqədəm Hidayətqızıdan şok sözlər
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
15:22 28.10.2026
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
15:02 28.10.2026
Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
14:50 28.10.2026
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
14:49 28.10.2026
Səadət Məmmədova "Bolmart"dan 2 manata çörək aldı, kifli çıxdı - AQTA-ya müraciət etdi
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
14:25 28.10.2026
Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
14:09 28.10.2026
İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…
13:59 28.10.2026
Cərimə, bal, həbs… - Dünya təcrübəsində telefon tutan sürücülərin cəzaları…