İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü

İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü
DÜNYA
14:09 28.10.2026
127
İspaniyanın Toledo vilayətində iki sürət qatarının toqquşması nəticəsində azı 39 nəfər həlak olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də baş verib.
 
İlkin məlumatlara görə, qatarlardan biri digərinin arxa hissəsinə çırpılıb və nəticədə vaqonlardan ikisi relsdən çıxaraq yamacdan aşağı düşüb.

Qəza ilə əlaqədar Madridlə Andalusiya bölgəsi arasındakı dəmir yolu xəttində hərəkət dayandırılıb. Hadisə yerinə xilasedicilər və tibbi yardım briqadaları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır. Ölənlərin sayının artacağı istisna edilmir.
OXŞAR XƏBƏRLƏR