Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”

Baba Vəziroğlu Ramiz Mehdiyevdən danışdı: “Cəzasını Allah verəcək”
SİYASƏT
16:34 28.10.2026
202
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun yaşı və səhhəti nəzərə alınaraq cəzanın şərti tətbiq olunmasına qərar verilib.

Xalq şairi Baba Vəziroğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin etdikləri göz önündədir: 

"Mən dağ adamıyam, İsmayıllıdanam. Bizdə yıxılana balta çalmırlar. Dağ adamları vaxtında insanın üzünə açıq şəkildə deyirlər ki, sən düz deyilsən, filan hərəkəti yanlış etmisən. Amma görəndə ki, insan artıq yıxılıb, əksinə, onun qolundan tutub qaldırmağa, kömək etməyə çalışırlar. Mən də o kişilərdənəm. İndi nə deyim?”

Xalq şairi Ramiz Mehdiyevin vaxtilə ona qarşı müəyyən haqsızlıqlar etdiyini də açıqlayıb:

"Ramiz Mehdiyev hökumət əleyhinə cinayətlər törədib, hökumət də bunu araşdırıb cəzasını verib. Mən nə deyə bilərəm? Amma bir şeyi deyə bilərəm ki, şəxsən mənə üç-dörd dəfə pislik edib. Müxtəlif siyahılardan adımı şəxsən özü çıxarıb. Bilmirəm, nəyə görə belə edib. Onun da cəzasını hökumət yox, Allah verəcək, inşallah. Elə Allah yəqin belə edir ki, bütün etdiklərinin cəzasını bu həyatda görür”.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR