Azərbaycanda 1-ci Psixologiya Konfransı keçiriləcək

GƏNCLİK
18:35 22.04.2014
2750
26-27 aprel 2014 tarixlərində Xəzər Universitəsində Türkiyədən gələn məhşur psixoloqlar və psixiatrların iştirakı ilə Azərbaycanda 1-ci Psixologiya Konfransı keçiriləcək.
Universitetdən AZXEBER.COM-a verilən məlumata görə, Türkiyədən gələn mütəxəssislərin və məruzəçilərin sırasında Dr. Mehmet Şakiroğlu, Dr. Ozanser Uğurlu, Sibel Usluer Erenel, Uzm.Dr. Sevilay Zorlu, Prof.Dr. Tülay Bozkurt vardır. Konfransın açılışı Xəzər Universitəsinin rektoru prof. Hamlet İsaxanlı və Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti prof. Nadir ismayılov tərəfindən ediləcəkdir. Konfransın məqsədi psixologiya sahəsində yeni biliklər əldə etmək, bu sahənin mütəxəssislərinin bilik və təcrübələrindən yararlanmaq, fərqli baxış tərzlərini görmək, müqayisə etmək, müxtəlif universitetlərdə oxuyan psixologiya tələbələrinin və Azərbaycan psixoloqlarının bir biri ilə tanışlığı və şəbəkələşməsi üçün şərait yaratmaqdan ibarətdir. Konfransda psixoloqlar, psixologiya tələbələri, həmçinin psixologiyaya marağı olan hər kəs iştirak edə bilər. 
26 aprel konfransın birinci günü və rəsmi hissəsi olacaqdır. Bu hissədə siz psixoloqların müxtəlif mövzularda olan təqdimatlarını dinləyə bilərsiniz. 27 aprel tarixində isə əvvəlcədən müəyyən olunmuş work shop-larda iştirak edə bilərsiniz. Konfransın sonunda hər bir iştirakçıya sertifikat veriləcəkdir.

OXŞAR XƏBƏRLƏR