Azərbaycanda 1-ci sinif şagirdi beton plitənin altında öldü

Azərbaycanda 1-ci sinif şagirdi beton plitənin altında öldü
10:38 04.03.2013
1546

Beyləqanda 7 yaşlı oğlan beton plitənin altında qalaraq həyatını itirib.

APA-nın xəbərinə görə,Cəfərov Kənan Xaləddin oğlukeçmiş tikinti idarəsinin həyətində oynayarkən beton piltənin altında qalıb. K.Cəfərovun qohumları ərazidə çoxlu sayda beton plitələr olduğunu, onların satış məqsədilə kranla qaldırılıb altına daş yığıldığını bildiriblər. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR